Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası Təhsil naziri ilə videogörüşdə təmsil olunub

Gömrük Akademiyası Təhsil naziri ilə videogörüşdə təmsil olunub

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəal üzvləri ilə videogörüş keçirib. ATGTİ Azərbaycanın 101 ali və orta ixtisas təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə gənclər təşkilatını özündə birləşdirir.

Dövlət Gömrük Komitəsinin Akademiyasını videogörüşdə Akademiyanın Tələbə gənclər təşkilatının sədri, “İqtisadiyyat” ixtisası üzrə III kurs tələbəsi Orxan Yusifov təmsil edib.

Təhsil naziri tədrisin məsafədən təşkili, təhsil haqqının ödənilməsi, təqaüdlərin verilməsi ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb, təkliflərə münasibətini bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi